“Youth in Action”Proqramı üzrə ekspert qrupunun görüşü keçiriləcək

youth-in-actionproqrami-uzre-ekspert-qrupunun-gorusu-kecirilecek
Oxunma sayı: 638

“Qafqazinfo”nun məlumatına görə, tədbirdə ekspert qrupunun 2011-2012 ci illəri əhatə edəcək iş planı müzakirə ediləcək. Əsas məqsədlər gənclər təşkilatlarını dəstəkləmək, Avropa İttifaqının gələcək formalaşmasında gənclərin cəlb olunması, gənclərin Avropanın demokratik həyatında iştirakına həvəsləndirmək, Avropa Gənlər Fondu və Avropa İttfaqının proqramları (Youth in Action, Lifelong Learning Programme) vasitəsi ilə 2014-2020-ci illərdə stabil maliyyə dəstəyini təbliğ etməkdən ibarətdir.

Tədbirin nəticəsi olaraq “Youth in Action” Proqramı çərçivəsində Avropa Gənclər Forumun gələcək strategiyasına məsləhətlər, “Youth in Action” Proqramı ilə necə işləmək və istifadə etmək üçün istiqamətlərin verilməsi, “Youth in Action” Proqramının inkişafının Avropa və milli səviyyələrdə siyasi proseslərdə davam etdirilməsinə nail olmaqdır.

Qeyd edək ki, tədbirdə İsveçrə, Polşa, Hollandiya, Belçika, Böyük Britaniya və Azərbaycandan nümayəndələr iştirak edəcək.