“YouTube” saxtakarlara qarşı yeni mübarizə metodu hazırladı

youtube-saxtakarlara-qarsi-yeni-mubarize-metodu-hazirladi
Oxunma sayı: 820

“YouTube” video hostinq platformasının administrasiyası vicdansız blogerlər barəsində yürüdülən siyasəti sərtləşdirməyi planlaşdırır.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yeni qaydalar, əsasən, dərc edilən məzmundan əldə olunan pula qarşı qoyulmuş tələblərə təsir göstərəcək.

Məsələn, bloger əməkdaşlıq proqramına onun kanalının baxış sayı son 12 ayda 4 min saat və ən azı 1000 abunəçisi olduğu halda qoşula biləcək. Bu tədbirlər saxtakar blogerlərin pul qazanaraq video hostinqin başqa istifadəçilərinin gəlirlərinə müdaxilə etməsinin qarşısını alacaq.

Yeni qaydaların 20 fevral tarixindən qüvvəyə minəcəyi gözlənilir. Bu, çoxlu sayda kanalın işinə təsir edəcək.