“YouTube” sayəsində 40 il sonra ailəsini tapdı - Video

youtube-sayesinde-40-il-sonra-ailesini-tapdi
Oxunma sayı: 1635

Hindistanda 40 ildir ailəsindən ayrı düşən şəxsin videosu “YouTube”da yayıldıqdan sonra tapılıb.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Xomdram Qambir Sinq adlı həmin şəxs 1978-ci ildə 26 yaşında olarkən yaxınlarına heç nə söyləmədən evi tərk edib.

Hazırda 66 yaşı olan Sinq Mumbay küçələrində mahnı oxuyarkən videoya çəkilib və görüntülər “YouTube” platformasına yerləşdirilib. Həmin videonu isə təsadüfən onun qardaşı Xomdram Kulaçandra izləyib. Videodakı şəxsin 40 ildir ayrı düşdükləri qardaşı Sinq olduğuna əmin olan Kulaçandra onu axtarmağa başlayıb.

Polisin də köməkliyi ilə Sinq qatar stansiyasında tapılıb. O, İmpal şəhərindəki ailəsinin yanına göndərilib.

Məlumata görə, Sinq evləndikdən sonra xoşbəxt olmadığı üçün evi tərk etdiyini, bu vaxta qədər günlük işlər və dilənçiliklə dolanıb.