“YouTube” və digər sosial şəbəkələrdə nasazlıq

youtube-ve-diger-sosial-sebekelerde-nasazliq
Oxunma sayı: 1042

Bir sıra ölkələrdən olan istifadəçilər “Viber” və “YouTube” sosial şəbəkələrinin işində nasazlıqların yarandığını söyləyib.

“Qafqazinfo” RT-yə istinadən xəbər verir ki, bu barədə “Downdetector”  məlumat yayıb.

Məlumata görə, “Viber” istifadəçilərinin 55 faizi qoşulma zamanı çətinliklərin yarandığından şikayətlənib. Daha 33 % istifadəçi isə ismarıç göndərib və ya qəbul edə bilməyib.

“YouTube” istifadəçilərinin 49 faizi saytın fəaliyyətində problemlərin yaşandığını deyib. 43 % istifadəçi isə video görüntülərə baxan zaman yaranan çətinliklərdən şikayətlənib.

Bundan əlavə, “Facebook”, “Instagram” və “Slack” xidmətlərinin işində də nasazılıqların qeydə alındığı bildirilir.