“YouTube”a yeni funksiyalar gəlir

youtubea-yeni-funksiyalar-gelir
Oxunma sayı: 1573

“Google” şirkəti “Android”lə çalışan smartfonlarda “YouTube” üçün mobil versiyanı yeniləyəcək.

“Qafqazinfo” xəbər verir ki, proqramın 13.01 versiyasında qara tema əlavə edilib.

Bundan başqa, ekrana çıxan reklamları keçmək daha da sadələşdirilib. Belə ki, hazırki versiyada reklamı keçmək üçün 5 saniyə gözləmək lazımdırsa, yeni versiyada reklamı sola sürüşdürməklə keçmək mümkün olacaq.

Daha bir funksiya isə video arxivi ilə bağlıdır. Belə ki, daha öncə izlədiyimiz videoların arxivinə tənzimləmələr əlavə edilib. Bununla da arxiv izləməyi dayandırmaq və ya davam etdirmək seçimi olacaq.

Yeniliklərin iOS-a nə zaman gələcəyi bilinmir.