“YouTube”da kanallara abunəlik ödənişli olacaq

youtubeda-kanallara-abunelik-odenisli-olacaq
Oxunma sayı: 1105

“YouTube” videoservisi məşhur kanallara abunəliyi aylıq ödənişli edəcək.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, 100 mindən çox abunəçisi olan videobloqqerlər aylıq abunəçilik haqqının 4.99 dolar təşkil edəcəyi fan-klublar yarada biləcəklər.

Əlavə ödəniş edildikdə abunəçilərə xüsusi özəlliklr veriləcək.

Yeni funksiyanın beta test mərhələsi uğurla yekunlaşıb. Yaxın vaxtlarda rəsmən istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, Feysbukda qruplara da abunəliyin ödənişli olması gündəmdədir.