“Youtube”dan ən çox qazanan kimdir?

“Youtube”dan ən çox qazanan kimdir?
Oxunma sayı: 2380

“Youtube”un Türkiyə üzrə statistik məlumatlarına əsasən, qeydiyyatda olan və 2014-cü ilən bu günədək sosial şəbəkədən gəlir əldə edən məşhurların siyahısı açıqlanıb. 

“Qafqazinfo” xəbər verir ki, siyahıda birinci yeri Sezen Aksu tutur. Belə ki, sənətçinin 662 videosu 2 milyard 2007 milyon 96 min insan izləyib.  Bu da Sezenə 220 min dollar qazandırıb.

18 il əvvəl vəfat edən Ahmet Kaya isə ikinci sırada qərarlaşıb. Kayanın 142 min videosuna 2 milyard 139 milyon 388 min nəfər baxıb. Onun paylaşımlarını edən şirkət 213 min dollar gəlir əldə edib. 

3-cü sırada İbrahim Tatlısəs (170 min dollar), 4-cü sırada Mustafa Ceceli (149 min dollar), 5-ci yerdə isə dünyasını dəyişən müğənni Müslüm Gürsesdir (143 min dollar). 

Sonrakı sıralarda Aleyna Tilki, Tarkan və başqaları yer alıb. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi