“YouTube”dan musiqi sevərlər üçün yeni servis

youtubedan-musiqi-severler-ucun-yeni-servis
Oxunma sayı: 1483

Mayın 22-dən etibarən istifadəçilərə həm pulsuz, həm də abunə ilə musiqi dinləməyə və musiqi kliplərinə baxmağa imkan verən yeni “YouTube Music” musiqi servisi istifadəyə veriləcək.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, bu servis rəsmi mahnılar, albomlar, minlərlə musiqi nömrəsi və musiqi radiosu, eləcə də geniş “YouTube” remiksləri, canlı çıxışlar və musiqi klipləri üçün nəzərdə tutulub.

Bundan başqa, servis istifadəçinin davranış tarixçəsinə əsaslanan tövsiyələrin yaradılması üçün adaptasiya ediləcək.

“YouTube Music” servisindən reklamla pulsuz versiyada yararlanmaq, eləcə də aylıq 9,99 dollar ödəməklə reklamsız “YouTube Music Premium” versiyasına abunə olmaq mümkün olacaq.

“YouTube Music Premium” musiqini oflayn dinləməyə, videonu fonlu rejimdə seyr etməyə imkan verəcək. Bundan əlavə, bütün musiqi imkanları ilə yanaşı, orijinal “YouTube” kontentinə reklamsız (o cümlədən şəxsi verilişlər) baxmaq üçün 11,99 dollar ödəyərək abunə olmağa şərait yaradılacaq.