“Yox” cavabı aldığı qızdan intiqam almaq istədi

yox-cavabi-aldigi-qizdan-intiqam-almaq-istedi
Oxunma sayı: 1479

Hindistanda qızdan “yox” cavabı aldığına görə intiqam almağa çalışan gənc polisə düşüb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Mumbay sakini Kutubiddin Şaxivala polisə Yəməndən gələn bir sərnişinin Hindistanın Çatrapati Şivaci  adına beynəlxalq hava limanında  terror hadisəsi törədəcəyini deyib. O, evlilik təklifinə rədd cavabı verən 26 yaşlı qızdan bu yolla intiqam almağa çalışıb. Aeroportda saxlanaraq yükü yoxlanan qızın çantasında şübhəli heç nə aşkar edilməyib. Polisə səhv məlumat verən Şaxivali isə saxlanılıb.

Aysel Kərimova