Yoxa çıxan prezident tapıldı- - Fotolar

yoxa-cixan-prezident-tapildi-
Oxunma sayı: 1544


“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sonuncu dəfə sentyabrın 3-də həyat yoldaşı ilə konsertdə görünən Koreya lideridən 40 gün idi ki, xəbər yox idi. Bu isə qərb mediasında müxtəlif şayiələrin yayılmasına səbəb olmuşdu. Bəzi qərb mətbuatı onun xroniki diabet və piylənmədən əziyyət çəkdiyini, bəziləri hakimiyyətin bacısına keçdiyini, hətta ölkədə siyasi çevriliş baş verdiyini iddia edənlər də vardı. 

Qırx gün sonra alimlər üçün tikilmiş yaşayış binası və Təbii Enerji İnstitutunun açılışı üçün publika qarşısına çıxan Kim Çen İnın əsa ilə hərəkət etdiyi isə diqqətlərdən yayınmayıb.