Yubileylə bağlı daha bir tədbir

yubileyle-bagli-daha-bir-tedbir
Oxunma sayı: 1545

Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə Təhsil Naziri Ceyhun Bayramov, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, ali və ümumi təhsil müəssisələrinin rəhbərləri, şagird və müəllimlər iştirak edib. Tədbir gənc nəslə cümhuriyyətin tarixini tarixini mənimsətmək, milli-mənəvi dəyərlərə hörmət etmək məqsədilə təşkil olunub. 
Qonaqları salamlayan Təhsil naziri C. Bayramov yubiley münasibətilə hər kəsi təbrik edib. O, AXC-nin 23 aylıq fəaliyyəti zamanı hər bir sahədə olduğu kimi təhsildə də mühüm işlər görüldüyünü vurğulayıb.

Konsert proqramı şagirdlərin çıxışları ilə davam edib.