“Yubkalı sürücülər” istəklərinə çatdı

yubkali-suruculer-isteklerine-catdi
Oxunma sayı: 646

Xəbər verdiyimiz kimi, Fransanın Nant şəhərində avtobus və tramvay sürücülərinə işə şortla gəlməyə qadağa qoyulmuşdu. Hava çox isti olduğu üçün qoyulan qadağaya etiraz edən sürücülər işə yubka ilə gəlmişdilər.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, sürücülərin etirazını dəyərləndirən bələdiyyə və daşıyıcı şirkətlər qadağanı ləğv ediblər.

Beləliklə, sürücülər işə şortla gedə biləcəklər.