Yük maşını piyadanı vuraraq hadisə yerindən qaçıb

yuk-masini-piyadani-vuraraq-hadise-yerinden-qacib
Oxunma sayı: 742

Bakı-Qazax magistralında avtomobil piyadanı vurub.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Bakı-Qazax magistralının Hacıqabul rayonunun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

“MAZ” markalı “35 BL 583” dövlət nömrə nişanlı yük avtomobili yolu keçən Şəmkir rayonu Sabir kənd sakini, 1983-cü il təvəllüdlü Əsgərov Ruslan Əlirza oğlunu vuraraq hadisə yerindən qaçıb.

 Piyada sınıq xəsarəti ilə Şirvan şəhər xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirib.

 Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.