Yük maşını qadını vurdu

Yük maşını qadını vurdu
Oxunma sayı: 791

Bakının Yasamal rayonu ərazisində piyadanı avtomaşın vurub.

“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, hadisə Şamaxinka adlanan ərazidə, Moskva prospektində qeydə alınıb. 1970-ci il təvəllüdlü Allahverdiyeva Vəfa Zirəddin qızı Şamaxinka dairəsi yaxınlığında yolu keçmək istəyərkən avtomobilin zərbəsinə tuş gəlib. Nəticədə 47 yaşlı qadın xəsarət alaraq 1 saylı Xəstəxanaya yerləşdirilib. Həkimlər onun vəziyyətini orta ağır hesab edir.

Məlumata görə, qadını vuran avtomobili iranlı sürücü idarə edirmiş və o həmin vaxt sementlə yüklü olan nəqliyyat vasitəsini vaxtında dayandıra bilməyib. Sürücü ərazidən yayınmaq istəsə də, polis əməkdaşları tərəfindən saxlanılıb.
 
Yol qəzasının təfərrüatlarını Yasamal polisi araşdırır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi