Yük maşınından narkotika çıxdı

yuk-masinindan-narkotika-cixdi
Oxunma sayı: 1309

Dövlət Gömrük Komitəsinin Gömrük Hüquqpozmalarına Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsi əməliyyat keçirib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları ilə birlikdə keçirilən əməliyyat tədbiri nəticəsində İdarənin “Xocasən” gömrük postunda İran vətəndaşı Bavafa Maghsoud Farhadın idarə etdiyi “HOWO” markalı yük avtomobilinə baxış keçirilib.  

Baxış zamanı avtomobilin dartıcısının konstruksiyasına aid olan ramasının arxa hissəsində yerləşən hava balonunun sağ kənarı ilə metal korpusu arasındakı boşluqdan sellofana bükülü bir  ədəd bağlamada narkotik vasitə aşkar olunub.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən aşkar olunan bağlamadakı narkotik vasitə təmiz çəkisi 439,1 qram olan xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış tiryəkdir.