“Yük mənim çiyinlərimə düşdü” - - Fotolar

yuk-menim-ciyinlerime-dusdu-
Oxunma sayı: 3360


 “Qafqazinfo”nun məlumatına görə, ilk səhnəyə çıxan Aysel Əlizadə 45 dəqiqə ərzində repertuarından yeni və eşidilən mahnılarının səsləndirib. Rəqs qrupu, atəşfəşanlıq konserti daha maraqlı edib. Növbəti çıxış edən “Akcent” qrupu hitlərinin təqdim edib. Lakin qrupun iki məhşur üzvü gözə dəyməyib. Bunu Aysel Əizadədən xəbər alarkən, sənətçi özünün bundan konsertə iki gün qalmış xəbər tutduğunu deyib: “Mənə dedilər ki, qrupun viza işlərinə Samir Xəttab baxır. İki gün öncə dedilər ki, Samir viza işini həll edə bilməyib. Təşkilatçı Faiq Əli olmağına baxmayaraq, əsas yük mənim çiyinlərimə düşdü. Bunu ona görə etdim ki, adımla bağlı layihə zəif, biabırçı şəkildə təqdim olunmasın. Əslində, əsas işlər təşkilatçının üzərində olmalı idi. Amma vəd olunuan səhnə qurulmadı. Konsertin anonslarını özüm həll etdim. “Akcent” oxuyan zaman mahnısı kəsildi. Adi notebook tapılmırdı ki, mahnılar səsləndirilsin. Hələ sadalamaq istəmədiyim başqa nüanslar da var idi. Atəşfəşanlıq, rəqs qupunu da özüm təşkil etmişdim. Onu deyim ki, mənim fikrimcə Azərbaycanda normal təşkilatçı hələki Nahid Emiloğludur”.