Yüksəksürətli ilk yeraltı tunelin istifadə veriləcəyi tarix açıqlandı

yukseksuretli-ilk-yeralti-tunelin-istifade-verileceyi-tarix-aciqlandi
Oxunma sayı: 2640

“SpaceX” şirkətinin sahibi İlon Maskın inşa etdirdiyi “Loop adlı ilk yeraltı tunelinin istifadəyə verilmə tarixi açıqlanıb.

“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, Los-Anceles hava limanının yaxınlığında yerləşən Xotorn şəhərindəki “Loop” tunelinin təqdimatı 10 dekabr tarixində baş tutacaq.

Tuneldə sərnişinlər üçün nəzərdə tutulmuş kapsullardan başqa avtomobillər üçün nəzərdə tutulmuş platformalar da test ediləcək. 11 dekabrdan başlayaraq isə həmin yeraltı tuneldən hamı istifadə edə biləcək.

Məlumata görə, 3,2 km uzunluğu olan tunelin kapsulunun daxilinə 16 nəfər sərnişin və bir avtomobilin olduğu platforma yerləşə bilər.

Qeyd edək ki, tunel “SpaceX” şirkətinin ərazisindən başlayır. Tunelin yarısında isə qaldırıcı platforma yerləşir. Həmin platforma avtomobillərin tunelə enməsi üçün nəzərdə tutulub.

İlk test tunelindən sonra “The Boring Company” şirkəti növbəti yeraltı tunellər layihəsini reallaşdırmağı planlaşdırır. Çikaqo şəhəri üçün nəzərdə tutulmuş yeraltı tunel şəhərin mərkəzi ilə hava limanını birləşdirəcək.