Yulğun kəsənə 4 min cərimə yazıldı

yulgun-kesene-4-min-cerime-yazildi
Oxunma sayı: 1865

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsi  nəzarət etdiyi İmişli rayonu ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə növbəti reyd keçirib. 

“Qafqazinfo” xəbər verir ki, keçirilən reyd zamanı İmişli rayonu Əliyetməzli kəndi ərazisində Kür çayının mühafizə zonasında yaşköküstə 50 ədəd yulğun kolunun kəsildiyi aşkar edilib. 

Araşdırma zamanı yulğun kollarının  İmişli rayonu Əliyetməzli kəndi sakini Soltan Baxşəliyev tərəfindən  kəsildiyi və təbiətə 4000 manat məbləğində ziyan dəydiyi məlum olub. Faktla bağlı akt tərtib olunub. 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından qanun pozuntusu ilə bağlı toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilib.