Yuliya “Eurovision” gecəsi Krımda konsert verəcək

Yuliya “Eurovision” gecəsi Krımda konsert verəcək
Oxunma sayı: 72

“Eurovision-2017” mahnı müsabiqəsindən ixrac edilən rusiyalı müğənni Yuliya Samoylova ilk yarımfinalın keçiriləcəyi tarixdə (9 may) Krımın Sevastopol şəhərində Zəfər bayramı münasibətilə təşkil olunan konsertdə çıxış edəcək.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin bələdiyyə rəhbəri Vyaçeslav Qladkov bildirib. 

Y. Samoylova xəbəri təsdiqləyib. 

Xatırladaq ki, Ukrayna Təhlükəsizlik Xidməti Kiyevdə keçiriləcək "Eurovision-2017" mahnı müsabiqəsində iştirak etmək üçün seçilmiş Rusiya təmsilçisi Yuliya Samoylovanın ölkəyə girişinə qadağa qoyub. Buna səbəb isə müğənninin Krıma səfər etməsidir. Y. Samoylovanın Ukraynaya girişi 3 il müddətinə qadağan edilib. Qərar Samoylovanın Ukrayna qanunvericiliyini pozması barədə əldə edilmiş məlumatlar əsasında qəbul olunub. 

Müğənni uşaqlıqdan əlil arabasında hərəkət edir və birinci qrup əlilliyi var.

“Eurovision-2017”nin yarımfinalları 9-11 may tarixlərində, final isə mayın 13-də baş tutacaq


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi