Yuliya Timoşenko həbsdə saxlanıldı

yuliya-timosenko-hebsde-saxlanildi
Oxunma sayı: 634

“Qafqazinfo”nun Anspressə istinadən xəbərinə görə, məhkəmə Yuliya Timoşenkonun həbsdən azad edilməsi üçün heç bir əsas tapmayıb. Hakim məruzəçi Yelena Sitaylo iclasın sonunda bu barədə məlumat verib. Yelena Sitaylo həmçinin bildirib ki, Yuliya Timoşenkonun səhhəti ilə əlaqədar iş üzrə icranın dayandırılması üçün də heç bir əsas yoxdur. Sabiq baş nazirin özü səhhəti ilə əlaqədar dinləmədə iştirak edə bilməyib. İşə baxılması dekabrın 13-də davam etdiriləcək.

Xatırladaq ki, Kiyevin Peçyorsk rayon məhkəməsi vəzifə səlahiyyətlərini aşmaqda və 2009-cu ildə Rusiya ilə qaz müqaviləsi imzalayarkən dövlətə 200 milyon dollaradək zyan vurmaqda ittiham olunan Yuliya Timoşenkonu 7 il həbs cəzasına məhkum edib.