Yuliya Timoşenkonun Vladimir Putinə- - video müraciəti

yuliya-timosenkonun-vladimir-putine-
Oxunma sayı: 2035


“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, Timoşenko “Biz sizin imperiya ambisiyalarınıza qarşı mübarizə aparırıq” deyə bildirib.

"Ukraynanın vətənpərvər oğlu, bizim dostumuz, deputat Vladimir Rıbakı Qorlovkada Rusiya xüsusi qüvvələri işgəncəylə öldürüb. Onu da başqaları kimi ruslar öldürüb. Qatillər muhakimə edilməyincə mən mubarizə aparacağam. Vladimir Putin Ukraynaya qarşı elan olunmamış müharibə aparir. Bunu üçün o, şəxsən məsuliyyət daşıyır", - deyə Timoşenko bildirib.

"İndi mən ona birbaşa müraciət edirəm: Bizim mübarizəmiz Rusiya xalqı ilə deyil. Biz sizin imperiya ambisiyalarına qarşı mübarizə aparırıq. Ukraynaya tətbiq etdiyiniz muharibə sizin rejimin sonu olacaq. Biz qazanacağıq, buna şübhə etməyin. İnsanlar bütün cinayətlərə görə sizdən cavab tələb edəcək . Ukraynada əmin-amanlıq olacaq. Ukraynaya eşq olsun" - Timoşenko qeyd edib.