Yuliyaya “Eurovision”da ikinci zərbə - Ağladı

yuliyaya-eurovisionda-ikinci-zerbe
Oxunma sayı: 3698

Xəbər verdiyimiz kimi, ötən gün “Eurovision” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub. Rusiya təmsilçisi Yuliya Samoylova finala vəsiqə qazana bilməyib. 

“Qafqazinfo” xəbər verir ki, münsif və tamaşaçı səsverməsində finala keçməyən müğənni göz yaşlarını saxlaya bilməyərək ağlayıb.  Həmin an fotoqrafların kameralarında əks olunub. 

Qeyd edək ki, 28  ifaçı əlil arabasında hərəkət edir. Yuliya ötən ildə “Eurovision” müsabiqəsinə qatılmış, lakin ev sahibi Ukrayna onun ölkəyə girişinə icazə verməmişdi. Buna səbəb kimi sənətçinin Krımda konsert verdiyini, ölkənin qadağan olunmuşlar siyahısına düşdüyünü demişdilər.