Yumruqla vurdu, qabırğası sınıb öldü

Yumruqla vurdu, qabırğası sınıb öldü
Oxunma sayı: 1

Gəncədə döyülən kişi bir neçə gün sonra vəfat edib.

“Qafqazinfo”nun Daxili İşlər Nazirliyinə istinadən verdiyi xəbərə görə, aprelin 29-da Gəncə şəhərində yaşayan Sədrəddin Qurbanov evində infarktdan ölüb.

Araşdırmalar zamanı S.Qurbanovun həmin gün şəhər ərazisində Yevlax rayon sakini Səbuhi Camalov tərəfindən münaqişə zəminində yumruqla döyülməsi nəticəsində sol döş qabırğalarının sınmasından aldığı xəsarətlərdən evində ölməsi müəyyən edilib.    

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri ilə S.Camalov tutulub. 

Faktla əlaqədar cinayət işi başlanılıb. Araşdırma aparılır. 

Murad Əhməd


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi