Yumurta boyda dolu yağdı, qoyunlar öldü - Video

yumurta-boyda-dolu-yagdi-qoyunlar-oldu
Oxunma sayı: 911

Bəzi Avropa ölkələrində qızmar isti hava olmasına baxmayaraq İspaniyanın şimalında dolu yağıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir neçə dəqiqə yağan dolu avtomobillərə, evlərə və təsərrüfat sahələrinə ziyan vurub.

Bundan başqa, bir fermada dolu yağışının altında qalan qoyunlar tələf olub.

Qeyd edək ki, İspaniyanın qonşusu Portuqaliyada isə güclü istilər səbəbindən meşə yanğınları davam edir.