Yumurta qabıqlarını atmayın - İstifadə qaydaları

yumurta-qabiqlarini-atmayin
Oxunma sayı: 5431

Yumurtanın qabığı da ən az özü qədər faydalıdır.

“Qafqazinfo” Ailem.az-a istinadən xəbər verir ki, yumurta qabığından məişətin müxtəlif sahələrində istifadə etmək yollarını təqdim edirik.

Üz maskası

Yumurta qabıqlarını əzin və bir yumurta ağı ilə qarışdırın. Bu qarışımı üzünüzə sürtün, quruyana qədər saxlayın. Quruduqdan sonra ilıq su ilə üzünüzü təmizləyə bilərsiniz.

Qazan və çayniklərin təmizlənməsi

Yumurta qabıqları ilə qazan və çayniklərinizin dibini təmizləyə bilərsiniz. Bunu edərkən yuyucu vasitə də istifadə edə bilərsiniz.

Çiçəklərin torpağına yerləşdirin

Yumurta qabıqları kalsium və digər minerallarla baxımından zəngindir, bu səbəblə çiçəklərinizi əkdiyiniz torpağa yerləşdirəcəyiniz yumurta qabıqları gübrə təsiri yaradacaq.

Qəhvənin acısını götürür

Qəhvə maşınında hazırlanan qəhvədə acımtıl bir dad olur. Buna görə də maşınınızın qəhvə qoyulan hissəsinə bir yumurta qabığı yerləşdirin. Bununla acı dad yoxa çıxacaq.

Paltarları ağardır

Yumurta qabıqlarını bir torbaya tökün və ağlarla birlikdə paltaryuyana qoyun. Nəticə sizi heyran edəcək.

Qaşıntılara faydası var

Alma sirkəsi və yumurta qabığı ilə hazırlayacağınız qarışım qızarıqlığa və qaşıntıya kömək edəcək.

Yumurta qabığından dibçək

Yumurta qabıqlarından kiçik dibçəklər hazırlamaq olduqca əyləncəli olacaq.