“Yumurta qiymətinə kredit” daha da ucuzlaşdı

yumurta-qiymetine-kredit-daha-da-ucuzlasdi
Oxunma sayı: 1689


Artıq muştərilər hər götürülən 100 manat kreditə görə, gündəlik olaraq 15 qəpik yox, cəmi 13 qəpik odəyəcəklər. Bu məbləğ həm əsas, həm də faiz borcunu əhatə edir. Məsələn, siz 1000 manatlıq krediti 48 ay muddətinə rəsmiləşdirmisiniz – bu zaman sizin gündəlik ödənişiniz 1 manat 30 qəpik təşkil edəcəkdir. Aylıq ödəniş isə cəmi 39 manat təşkil edəcəkdir.

Xatırladaq ki, Unibankda kreditin maksimal məbləği 7500 manatadək artırılıb, müddət isə 48 ayadək uzadılıb.Üstəlik, Unibankdan kredit götürən hər kəsə bir çox imtiyazlar verən üzvlük kartı hədiyyə edilir.

Bankın sərfəli kredit məhsulları Azərbaycan Respublikasının hər bir vətəndaşı üçün nəzərdə tutulub. Başqa banklara borcu olanlar belə, Unibankdan rahatlıqla kredit götürə bilər. Bankın istənilən filialına yalnız şəxsiyyət vəsiqəsi ilə yaxınlaşan müştəri, cəmi 15-20 dəqiqə ərzində nağd kredit əldə edə bilir. Həm də arayışsız və zaminsiz

Unibankdan kredit götürmək üçün qeydiyyata, iş stajına və minimal əmək haqqının məbləğinə tələb yoxdur. Bank Paytaxt və bölgələri əhatə edən 32 filialı ilə vətəndaşların xidmətindədir. Filiallar həftənin 6 günü səhər saat 9-dan 18.00-dək nahar fasiləsiz işləyir.