Yunan nazir yanğının qəsdən törədildiyini düşünür

yunan-nazir-yanginin-qesden-toredildiyini-dusunur
Oxunma sayı: 947

Yunanıstanın mülki müdafiə naziri Nikos Toskas ölkədəki yanğınların mümkün səbəblərindən danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, nazir yanğının məqsədli edildiyini ehtimal edir. O, bu hadisənin kriminal xarakter daşıdığını vurğulayıb. 

Toskas “Araşdırmalar yanğınların məqsədli törədildiyini düşünməyə ciddi əsas verir. Yanğın ocaqlarının bir çoxu çox qısa müddətdə yaranıb”, - deyə açıqlama verib.

Aysel Kərimova