Yunan polisi türklərə atəş açdı

yunan-polisi-turklere-ates-acdi
Oxunma sayı: 642

“Qafqazinfo”nun “Sabah” qəzetinə isinadən xəbərinə görə, hadisə dünən axşam saatlarında baş verib.

Şahin və Süleyman Koçero qardaşları şəxsi avtomobilləri ilə gedərkən başqa bir avtomobildə olan və yunan polisi olduqları iddia edilən 2 nəfər tərəfindən atəşə məruz qalıblar.

İddiaya görə, hadisə qardaşların polisin “dur” xəbərdarlığına tabe olmadıqları zaman baş verib. Hadisədə xəsarət almayan qardaşların avtomobili zədələnib.

Bölgəyə gedən türk polisi və BMT hərbçilərinin hadisə ilə bağlı araşdırmaya başladığı xəbər verilir.