Yunanıstan Almaniyadan təzminat tələb edir - 300 milyard avro

yunanistan-almaniyadan-tezminat-teleb-edir
Oxunma sayı: 2026

Yunanıstan baş naziri Aleksis Çipras 2-ci dünya müharibəsində Yunanıstanı işğal zamanı dəymiş ziyana görə Almaniyadan 300 milyard dollar təzminat tələb edib.

“Qafqazinfo” “Euronews”a istinadən xəbər verir ki, o, bunu tələb etməyin Yunanıstanın tarixi və əxlaqi borcu olduğunu deyib.

Çipras məsələ ilə bağlı rəsmi Berlinə nota veriləcəyini də vurğulayıb.

Almaniya hökuməti isə təzminat ödənilməsi lazım olan ölkələrə 1950-ci illərdə bütün ödənişlərin edildiyini bildirib. Hətta bununla bağlı Yunanıstanla müqavilə imzalandığı da qeyd edilib.