Yunanıstan avrozonadan çıxmaq təhlükəsi qarşısında

yunanistan-avrozonadan-cixmaq-tehlukesi-qarsisinda
Oxunma sayı: 714


“Qafqazinfo”nun məlumatına görə, Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bunu Avropa Qrupunun sədri Yerun Deysselblum bəyan edib. “Yunanıstan kreditorların təkliflərinin əksəriyyətini rədd etdi və bu neqativ fonda referendum qərarını elan edərək əslində gələcək danışıqlar üçün qapıları bağladı” – deyə o bildirib. “Yunanıstanda referendum elan edilməsi çox pis sürpriz oldu” – Y.Deysselblum əlavə edib.

Finlandiyanın maliyyə naziri Aleksander Stubb isə bəyan edib ki, Avropa qrupu Afinanın büdcə qənaəti tədbirləri üzrə referendum keçirmək qərarından sonra Yunanıstana dair “B planı”nın müzakirəsinə başlayır. Onun sözlərinə görə, “B planı” dedikdə Brüsseldə adətən Yunanıstanın iflası və onun avrozonadan çıxmaq təhlükəsi başa düşülür. Çox pis sürpriz olan referendumla əlaqədar “B planı” “A planı”na çevrilir və bu gün həmin plan müzakirə olunacaq.