Yunanıstan çempionatı yarımçıq dayana bilər

Yunanıstan çempionatı yarımçıq dayana bilər
Oxunma sayı: 1515

Yunanıstanda klub prezidentinin etdiyi hərəkət ölkə gündəmini zəbt edib.

“Qafqazinfo” xəbər verir ki, Superliqanın 25-ci turunda baş tutan PAOK - AEK qarşılaşmasında görüşün baş hakimi PAOK-un 90-cı dəqiqədə vurduğu qolu qeydə almayıb.

Bundan PAOK klubunun prezidenti İvan Savvidi meydana daxil olub. Onun üzərində tapança da olub. Daha sonra isə azarkeşlər meydana axışıb. Buna görə də qarşılaşmanın baş hakimi oyunu yarımçıq dayandırıb.

Yerli mətbuatın yazdığına görə UEFA və FİFA Yunanıstan millisi və klublarına ciddi cəzalar kəsə bilər. Çempionatın yarımçıq dayandırılması da gözlənilir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi