Yunanıstan lideri İlham Əliyevi təbrik edib

yunanistan-lideri-ilham-eliyevi-tebrik-edib
Oxunma sayı: 940

Yunanıstanın prezidenti Prokopis Pavlopulos İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.

“Qafqazinfo” xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri. Dost Azərbaycan xalqının yüksək etimad göstərərək Sizi yenidən dövlət başçısı seçməsi münasibətilə Zati-alinizi təbrik edir, ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Bu xoş fürsətdən istifadə edərək, Sizə ən səmimi təbriklərimi çatdırmaqdan şərəf duyur, Zati-alinizə möhkəm cansağlığı, dost Azərbaycan xalqına isə tərəqqi və rifah diləyirəm”.