Yunanıstan rus diplomatları ölkədən qovur

Yunanıstan rus diplomatları ölkədən qovur
Oxunma sayı: 872

Yunanıstan iki rus diplomatı ölkədən çıxarır, daha iki diplomatın isə ölkəyə girişinə qadağa qoyur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Katimerini” yunan qəzeti məlumat yayıb. Diplomatlar milli təhlükəsizliyə qarşı qanunsuz hərəkətlərdə ittiham olunurlar. 

Nəşr yüksək vəzifəli diplomatik mənbəsinə istinadən məlumat verir ki, Afinanın gördüyü tədbirlər Yunanıstan ərazisində ölkənin daxili işlərinə qarışmaq kimi qanunsuz fəaliyyətə cavabdır. 

Eyni zamanda, nəşr qeyd edir ki, Afinanın diplomatlara qarşı ittihamları arasında informasiya toplamaq və yaymaq, həmçinin dövlət məmurlarını rüşvətlə ələ almaq daxildir. 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi