Yunanıstan sahillərində gəmi 40 miqrantla yoxa çıxıb

yunanistan-sahillerinde-gemi-40-miqrantla-yoxa-cixib
Oxunma sayı: 632

Yunanıstan sahillərində 45 qaçqın və miqrantı daşıyan gəmi yoxa çıxıb.

“Qafqazinfo” xəbər verir ki, Yunanıstanın Sahil Mühafizəsi Xidməti yoxa çıxan gəminin axtarışlarına başlayıb. 

Qaçqınlardan birinin gəmidən telefonla Avropanın fövqəladə xidmətinə zəng etdiyi və yardım istədiyi deyilir. Həmin şəxsin sözlərinə görə, gəminin mühərriki sıradan çıxıb və təhlükəli situasiya yaranıb.