Yunanıstan səfirinin yanmış cəsədi tapıldı - Braziliyada+Foto

Yunanıstan səfirinin yanmış cəsədi tapıldı
Oxunma sayı: 3174

Yunanıstanın Braziliyadakı səfiri Kiriakos Amiridisin icarəyə götürdüyü avtomobil yanmış vəziyyətdə tapılıb.

Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Polis maşında yanmış cəsəd aşkarlayıb. Cəsəd ekspertizaya göndərilib.

Artıq Yunanıstan Xarici İşlər Nazirliyi səfirin itkin düşməsi xəbərini təsdiqləyib.

Səfirlikdən isə bildiriblər ki, Amiridislə sonuncu dəfə dekabrın 26-da əlaqə saxlamaq mümkün olub.

“Globe” telekanlı isə yanmış maşının fotosunu paylaşıb. Məlumata görə, səfirin icarəyə götürdüyü maşınla yanan avtomobilin nömrəsi və göstəriciləri uyğun gəlir.

Qeyd edək ki, Kiriakos Amiridis 2016-cı ilin yanvarında Yunanıstanın Braziliyada səfiri təyi olunub.



Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi