Yunanıstanda daha bir təbii fəlakət

yunanistanda-daha-bir-tebii-felaket
Oxunma sayı: 1851

Yunanıstan meşə yanğınlarından sonra daha bir təbii fəlakətlə üzləşib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu dəfə paytaxt Afinanın yaxınlığında yerləşən Maroussi qəsəbəsini sel basıb. Evlər və küçələrdəki maşınlar suyun altında qalaraq yararsız hala düşüb. Sakinlərə xəbərdarlıq edən rəsmilər sürücülərin bölgədən uzaqlaşmasını və Afinanın şimalına gedən baş magistralın bir hissəsinin bağlanmasın tapşırıb.

Aysel Kərimova