Yunanıstanda güclü zəlzələ olub

yunanistanda-guclu-zelzele-olub
Oxunma sayı: 1116

Yunanıstan sahillərində 4,9 bal gücündə zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 03:20-də Saloniki şəhərindən 95 km cənub-şərqdə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və xəsarət alanlar barəsində məlumat yoxdur.