Yunanıstanda hökumət-kilsə qarşıdurması yaranır

yunanistanda-hokumet-kilse-qarsidurmasi-yaranir
Oxunma sayı: 640

“Azerimuslims.com” Türkiyə mətbuatına istinadən bildirir ki, Yunanıstanda vergi ödəməkdən imtina edən muxtar Aynoroz rahiblərinin dövlətlə münasibətləri pisləşir.

İqtisadi baxımdan böhran içərisində olan ölkədə hökumətin iqtisadi islahatlar çərçivəsində vergiləri artırması cəhdləri ölkənin müxtəlif təbəqələrinin etirazına səbəb olub.

Belə ki, ölkənin muxtar Aynoroz rahibləri xüsusi statusa malik olduqlarını irəli sürərək, Aynoroz dağı ətrafında və xaricində olan mülkləri üçün vergi verməkdən imtina edən rahiblər vergi tələbinin davam edəcəyi təqdirdə hökumətlə münasibətləri kəsməklə hədələyiblər. Habelə rahiblər problemin may ayının 14-dək öz həllini tapmayacağı təqdirdə vəziyyətlə bağlı bütün pravoslav ölkələrə şikayət edəcəklərini bildiriblər.

Məlumat üçün deyək ki, Halkidiki yarımadasının şimalında yerləşən və 4 min rahibin yaşadığı Atos-Aynoroz dağında 17 yunan, 1 rus, 1 serb və 1 bolqar monastrı var.