Yunanıstanda vertolyot dənizə düşdü - 3 ölü + Yenilənib

yunanistanda-vertolyot-denize-dusdu
Oxunma sayı: 1772

Yunanıstanın Poros adasında içərisində Rusiya vətəndaşlarının olduğu şəxsi vertolyot dənizə düşüb.

“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, vertolyot Elefterios Venizelos aeroportuna uçurmuş. Vertolyou elektrik dirəyinə çırpan pilot idarəetməni itirib və dənizə düşüb.

İlkin ehtimala görə, göyərtədə qadın və uşaq olub.

**

Qəza nəticəsində 3 nəfər dünyasını dəyişib. 

"Qafqazinfo""RİA Novosti"yə istinadən xəbər verir ki, onlar - vertolyotun pilotu Nikos Karistinos və rusiyalılar Mixail Abramov, Davel Akolinindir.  

Yunanıstan mətbuatının məlumatına görə, Karistinos üç övlad atası idi.