Yunanıstanda matəm elan edilib

yunanistanda-matem-elan-edilib
Oxunma sayı: 2117

Yunanıstanda baş verən daşqınlar nəticəsində ölənlərin sayı 15-ə çatıb.

“Qafqazinfo” “vesti.ru”ya istinadən xəbər verir ki, baş naziri Aleksis Tsipras həlak olanların xatirəsini yad etmək üçün ölkədə ümummilli matəm günü elan edib.

O, televiziya ilə xalqa müraciət edərək ölənlərin ailələrinə başsağlığı verib və zərərçəkənlərə hökumət tərəfindən yardım göstəriləcəyini bildirib.

Artıq regionlarda fövqəladə vəziyyət elan edilib.