Yunanıstanda şagirdlər nazirin otağına basqın etdilər - Fotolar

yunanistanda-sagirdler-nazirin-otagina-basqin-etdiler
Oxunma sayı: 1434

Yunanıstanda universitetə qəbul imtahanlarına dəyişiklik edilməsi şagirdlərin etirazına səbəb olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, məktəblilər təhsil və din naziri Kostas Qavroğlunun kabinetinə basqın ediblər.

Onlar polis səddini qıraraq nazirlə üz-üzə gələrək problemlərini nəzərə çatdırıblar. Bəzən isə nazirlə şagirdlər arasında mübahisə düşüb.