Yunanıstanda Suriyaya dəstək üçün aksiya keçirildi - Qarşıdurma baş verdi

yunanistanda-suriyaya-destek-ucun-aksiya-kecirildi
Oxunma sayı: 818

Yunanıstanın paytaxtı Afinada ABŞ-ın Suriyada keçirdiyi əməliyyata qarşı çıxan minlərlə insan aksiya keçirib.

“Qafqazinfo” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Yunanıstan Kommunist Partiyasının çağırışı ilə keçirilən aksiya zamanı etirazçılar ABŞ-ın keçmiş prezidenti Harri Trumanın heykəlini yıxmaq istəyiblər.

Aksiyaçılara polis tərəfindən dəyənək və gözyaşarıdıcı qazla müdaxilə edilib. Toqquşma zamanı bir neçə nəfər yaralanıb.

Şəhərin digər bölgələrində isə ABŞ və Fransa səfirliyinin yerləşdiyi Avropa İttifaqının ofisinə yumurta atılıb.