Yunanıstandakı iqtisadi böhranın “günahkar”ı Osmanlı dövləti imiş

yunanistandaki-iqtisadi-bohranin-gunahkari-osmanli-dovleti-imis
Oxunma sayı: 638

“Azerimuslims.com” xarici KİV-ə istinadən bildirir ki, Avropa Birliyinin rəsmisi və eyni zamanda Lüksemburqun Baş naziri Jan-Klod Yunker Yunanıstandakı iqtisadi böhrana görə Osmanlı dövlətini günahlandırıb.

Baş nazir bir müddət əvvəl “Politique Internationale” jurnalına müsahibəsində yunanların böyük millət olduğunu, lakin zəif dövlətə sahib olduqlarını deyərək, ölkənin maliyyə sisteminin mövcud olmamasını Osmanlı dövlətinin fəthi ilə əlaqələndirib.

Yunker Yunanıstanın uzun müddət ərzində Osmanlı dövlətinin işğalı altında olduğundan dolayı ölkədə iqtisadi sistemin bərqərar olmadığını deyib. Baş nazir bir çox vacib ünsürlərin olmadığı halda ölkədə özəlləşdirilmə prosesinin həyata keçirilməsinin qeyri-mümkün olduğunu da qeyd edib.