Yunanıstandakı yanğının səbəbi açıqlandı

yunanistandaki-yanginin-sebebi-aciqlandi
Oxunma sayı: 2283

Yunanıstanda baş vermiş meşə yanğınlarının səbəbi açıqlanıb. 

“Qafqazinfo”nun Türkiyə mediasına istinadən xəbərinə görə, Afinaya 40 kilometr məsafədə yerləşən Matidəki yanğınların səbəbi kimi “alışan elektrik naqili” göstərilib. Bu barədə İcra Hakimiyyyəti məlumat yayıb.

Qeyd edək ki, meşə yanğınları nəticəsində 82 nəfər dünyasını dəyişib, 200 nəfər isə yaralanıb.