Yunanlar hökumətin məscid tikməsinə qarşı çıxdılar – Video

yunanlar-hokumetin-mescid-tikmesine-qarsi-cixdilar-video
Oxunma sayı: 651

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, hökumətin məscid tikmə planları Yunanıstanı bürüyən maliyyə böhranı ilə bağlı bir müddət öncə dayandırılsa da, 1 milyon avro dəyərindəki tikinti işlərinə yaxın 1 il ərzində başlanılacaq. Bu xəbər ölkədə etirazla qarşlanıb.

Aksiya iştirakçıları Yunanıstanda nə şəriəti, nə də məscidləri istəmədiklərini, hökumətin məscidlərə ayırdığı pulu məktəblərə ayırmalı olduğunu bildiriblər.

Qeyd edək ki, Afina yeganə Avropa ölkəsidir ki, orada məscid yoxdur. 300 minə yaxın yerli müsəlman zirzəmilərdə toplaşıb dua edirlər.