Yunanlarla yəhudilər Türkiyəyə qarşı

yunanlarla-yehudiler-turkiyeye-qarsi
Oxunma sayı: 640

Modern.az “Milliyyət”ə istinadən bildirir ki, iki gizli xidmət əldə etdikləri məlumatlarla əlaqədar davamlı ünsiyyət quracaqlar. Iki kəşfiyyat xidmətinin Türkiyənin bölgədəki hərəkətləriylə əlaqədar da məlumat alverində olacağı iddia olunur.

Yunan “Kathimerini” qəzeti Israil prezidenti Şimon Peresin keçən həftə Cənubi Kiprə reallaşdırdığı səfər çərçivəsində iki gizli razılaşma imzalandığını yazıb. Birinci razılaşmanın iki ölkə arasında əsgəri və müdafiə sahələrində əməkdaşlığa, digərinin isə “Mossad”la KIP arasında davamlı məlumat alış-verişinə dair olduğu qeyd edilir.
Cənubi Kipr və Israilin axtarış və xilasetmə sahəsində ortaq manevrlər reallaşdırmasının da gündəmdə olduğunu qeyd edən qəzet yunan müdafiə naziri Iliadisin yaxın zamanlarda Təl-Əvivi ziyarət edəcəyini yazıb.
Israillə imzalanacaq təbii qaz razılaşmasının Cənubi Kipri “Türkiyə kimi xarici təhdidlər qarşısında” gücləndirəcəyini bildirən “Mahi” qəzeti isə başqa bir məsələdən yazıb. Qəzetin iddiasına görə, Cənubi Kipri ciddi qəbul etməyən Türkiyə Israil kimi nəhəng bir əsgəri gücü gözardı edə bilməyəcək.
Kiprin yunanlar yaşayan cənub hissəsinə səfəri zamanı Israil prezidenti Şimon Peres Türkiyə və təbii qaz axtarışı işləri mövzusunda danışarkən “Israil nə kimsəni təhdid edəcək, nə də kimsədən təhdid qəbul edəcək” demişdi.