YUNESKO 5 illik həsabatı qəbul etdi

yunesko-5-illik-hesabati-qebul-etdi
Oxunma sayı: 657

Məlum olduğu kimi, 2018-ci ilin 11-14 dekabr tarixində Paris şəhərində YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir.

“Qafqazinfo” xəbər verir ki, sessiyada Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, AR YUNESKO yanında Daimi Nümayəndəsi Anar Kərimov, eləcə də AR Mədəniyyət Nazirliyinin və YUNESKO yanında Daimi Nümayəndəliyinin digər əməkdaşları iştirak edir.

Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair həsabat nəzərdən keçirilib. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.

Qeyd etmək lazımdır ki, hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcəkdir.