Yüngülmotorlu təyyarə qəzaya uğradı - 6 ölü

yungulmotorlu-teyyare-qezaya-ugradi
Oxunma sayı: 646

Mozambik-Zimbabve sərhədində yüngülmotorlu təyyarənin qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Polisin məlumatına görə, hadisə təyyarə Mozambikin Beyra şəhərindən Zimbabvenin paytaxtı Harareyə uçun zaman baş verib. Nəticədə 6 nəfər ölüb. Ölənlərin ikisi ekipaj üzvü və dördü isə sərnişin olub

İlkin ehtimala əsasən, təyyarə  güclü duman səbəbindən dağa çırpılıb.