Yunis Hüseynov yeni transferi açıqladı

yunis-huseynov-yeni-transferi-aciqladi
Oxunma sayı: 1893

“Kəpəz” qış transfer pəncərəsində növbəti keçidini rəsmiləşdirib.

“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, Gəncə klubu sabiq futbolçusu Dario Frederikonu transfer edib.

Braziliyalı vinger komandanın Antalyadakı toplanışına qatılacaq və rəsmi müqaviləyə qol çəkəcək. Məlumatı “sarı-göylər”in baş məşqçisi Yunis Hüseynov verib.

Qeyd edək ki, 26 yaşlı cinah futbolçusu 2015/17-ci illərdə “Kəpəz”də çıxış etmişdi. O, ötən il Yaponiyanın II Liqa təmsilçisi “Seongnam”a keçmişdi.