Yunker NATO sammitinə də sərxoş getdi - Video

yunker-nato-sammitine-de-serxos-getdi
Oxunma sayı: 4666

NATO-nun Brüsseldə keçirilən sammitində kuryoz hadisə yaşanıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Avrokomissiyanın rəhbəri Jan-Klod Yunker müvazinətini itirərək Ukrayna prezidenti Petro Poroşenkonun üstünə yıxılmaq təhlükəsi yaşayıb. Britaniya mətbuatı sədrin sərxoş olduğunu yazır. Çünki o, durmadan yerində yırğalanıb, pilləkanları enərkən isə dəstək alıb.

Qeyd edək ki, bu, Jan-Klod Yunkerin rəsmi səfərə sərxoş halda çıxması ilə bağlı ilk xəbər deyil. Belə ki, siyasətçi ötən il NATO-nun Cenevrədəki toplantısında da sərxoş olub və tez-tez mebellərə, insanlara toxunub.

Aysel Kərimova